Simvol foto © Fərahim İlqaroğlu / AzEuroNews.com
Simvol foto © Fərahim İlqaroğlu / AzEuroNews.com

Fərhad Çağtürk / AzEuroNews.com  Almaniyada  qaçqınlar arasında baş verən mübahisə xəsarətlə nəticələnib. AzEuroNews.com xəbər verir ki, hadisə Almaniyanın Görlitz şəhərində qeydə alınıb. Belə ki, gecə saatlarında gənc sevgilisini evə gətirən Pakistandan olan qaçqın bina sakinləri ilə mübahisə etməyə başlayıb. 28 yaşlı gənc pakistanlı mübahisə zəmnində bina sakini, 53 yaşlı bir qadını ağır yaralayıb. Hadisə yerindən qaçan pakistanlı tez bir zamanda polislər tərəfindən saxlanılıb. 6 ildir Almaniyada qaçqın həyatı yaşayan pakistanlı gənc barəsində cinayət işi açılaraq məhkəməyə tədim olunub.