Türkiyə hesab edir ki, İŞİD terror qruplaşması Suriyada hərbi baxımdan məğlubiyyətə uğrayıb.

Trend-in məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanının “The New York Times” qəzeti üçün yazdığı məqalədə deyilir.

Türkiyə lideri məqalədə qeyd edir ki, ABŞ-ın Suriyadan qoşunları çıxarmaq qərarını doğru sayır: “Hərbi baxımdan İŞİD terror qruplaşması Suriyada məğlubiyyətə uğradı”.

T.Ərdoğan həmçinin bəzi ölkələrin qruplaşmanın qalmış hissələri ilə mübarizə aparmaq adıyla Suriyanın daxili işlərinə qarışması ilə bağlı narahatlığını bildirib.

Dövlət başçısı qeyd edib ki, Türkiyə Suriyada radikallaşma üçün səbəblərin aradan qaldırılması üzrə hərtərəfli strategiya təklif edir.