Şimali Koreyanın lideri Kim Çen Inın Çinə səfəri başlayıb.

Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Çin Kommunist Partiyası məlumat yayıb. Bildirilir ki, partiyanın Mərkəzi Komitəsinin baş katibi, Çin Xalq Respublikasının Sədri Si Cinpinin dəvəti əsasında baş tutan səfər yanvarın 10-dək davam edəcək. Hələlik səfərin detalları barədə məlumat verilmir.