Baş rollarını Kıvanç Tatlıtuğ və Elçin Sangunun canlandırdığı “Çarpışma” serialının finala hazırlaşması haqda xəbər yayılıb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, iddialara “Show TV”nin direktor müavini Suavi Doğan cavab verib.

“Ay Yapım” imzası ilə lentə alınan ekran işi haqda açıqlama verən Suavi belə bir halın olmadığını bildirib. O, serialın hələ uzun müddət davam edəcəyini bildirib.

Digər iddiaya görə isə “Çarpışma” bu mövsüm final edəcək. Yüksək büdcə tələb edən ekran işi ancaq 1 mövsüm davam edəcək. Buna görə də serialın iyunda final bölümünün yayımlanacağı bildirilib.