Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri, hüquq müdafiəçisi Sahib Mammadov 1 saylı istintaq təcridxanasında saxlanılan bloger Mehman Hüseynovla görüşüb.

Modern.az saytı xəbər verir ki, Sahib Məmmədov Mehman Hüseynovla bir saat əvvəl çəkdirdiyi şəklini Facebook sosial şəbəkəsində paylaşıb.

Məlum olub ki, hüquq müdafiəçiləri bu gün Mehman Hüseynova baş çəkiblər. Görüşdə Əliməmməd Nuriyev, Rauf Zeyni, Səadət Bənənyarlı, Sahib Məmmədov iştirak ediblər.

Həbsdə olan bloger Mehman Hüseynovun vəkili Şəhla Hümbətova ötən axşam sosial şəbəkədəki paylaşımında Mehman Hüseynovla görüşddüyünü bildirmiş, mədəsində olan ağrılara görə onun həkimin məsləhəti ilə süd və duru süd məhsullarını qəbul etməyə başladığını, həkim nəzarətində olduğunu bildirmişdi.