AzEuroNews.com  Bir qrup Şirvan sakininin Şirvan Regional Su İdarəsi ilə bağlı saytımızda dərc edilən şikayət məktubuna sözügedən qurumdan reaksiya verilib. AzEuroNews.com xəbər verir ki, 4 Saylı Şirvan Regional Su Kanal İdarəsinin, Şirvan Su-Kanal sahəsinin sahə rəisi (Vəzifəsinin Müvəqüəti İcraçısı) Elşad Ağalarov tərəfindən göndərilən məktubda deyilir:

“Yazıb sizə bildirirəm ki, mənim sizin saytdan və sizin sayta istinadən bu materialı yayan xəbər saytlarından narazılığım haqlı və əsaslıdır. Əvvəla hər kəsin haqlı və ya haqsız şikayət etmək hüququ var. Şikayətin əsaslı olub-olmamasını hüquq-mühafizə orqanları və aidiyyatı qurumlar araşdırır. Amma kimsənin anonim məktub ilə müraciət edib, mənim şərəf və ləyaqətimi, işkuzar nifuzumu zədələmək hüququ yoxdur. Məqalədə həqiqəti əks etdirən və etdirməyən məqamlar var.

Bəli, mən Sabirabad rayonundan seçilən millət vəkili hörmətli Rüstəm Xəlilovun bacısının kürəkəniyəm. (bu addan heç zaman istifadə etməmişəm. Su kanal idarəsində illər ilə işləyib bu mövqeyə gəlmişəm.Və hər halda qohumluqdan imtina edəsi bir durum da yoxdur)

Həmçinin oxu: “Qorxmaz Hüseynovun Şirvan Su İdarəsindəki hoqqadan xəbəri yoxdur?” – ŞİKAYƏT
Həmçinin oxu: “Qorxmaz Hüseynovun Şirvan Su İdarəsindəki hoqqadan xəbəri yoxdur?” – ŞİKAYƏT

Bəli, Azərsu ASC tərəfindən Şirvan şəhərinə baş idarə səviyyəsində “Obyektlərə” əlavə su xətləri ilə əlaqədar baxış keçirilib (Respublikanın bütün rayon və şəhərlərinə bu kimi reydlər edirlər) və “Rövşən şadlıq sarayında” kənar xətt aşkarlanıb. Şadlıq sarayının rəhbəri ilə Şirvan şəhəri üzrə DYP idarəsinin əməkdaşı ilə aralarında mübahisə olub və hal-hazırda iş Məhkəmə müstəvisində həll olunur. (bu məsələnin mənim ilə yaxından və ya uzaqdan heç bir bağlıntısı yoxdur.Mənim adım bu məsələdə niyə hallanır? Anlamıram)

İş yoldaşım olan Şirvan Su kanal sahəsinin mühəndisi Seymur Nəzərova qarşı təqribən 10-15 gün öncə vətəndaş tərəfindən hücum olunub və sağ əl barmağı sındırılıb. İş hal-hazırda Şirvan ŞPİ istintaq şöbəsindədir.

Sonda sizdən xahişim ondan ibarətdir ki,bir tərəfli qaydada fikir formalaşdırılmasın. Şirvan şəhəri respublikada 3-4 cü böyük şəhərdi, əhalisi 90 mini keçib, kompakt ərazidir, sənaye şəhəridir, sakinlər əsasən digər rayon və şəhərlərdən zamanında Şirvana oxuyub-işləməyə gələn insanlardan formalaşıb. Su-kanal xətləri sovetin zamanında çəkilən yeralti dəmir borulardı.Bina xətləri demək olar ki, tamamıilə polietilen boruya keçib. Fərdi həyət evləri də artıq politilen xəttə keçir. İki ildən çoxdur ki, bizlər polis yardımı ilə fərdi mənzillərdən, həyətlərdən 40,50-lik su borularını, Zadvişkaları (Siyirtmələri) ləğv edirik ki, suyun şəhərə normal paylanmasını bərpa edək. Əlbəttə ki, iş olan yerdə nöqsanlar və iradlar da olacaq. Amma heç olmasa gördüyüm işlər və əziyyətim danılmasın”.