Fərhad Çağtürk / AzEuroNews.com Almaniyada Uşaqlar və Gənclərlə iş üzrə İdarə (Jugendamt) tərəfindən anasından alınaraq “qoruyucu ailə”yə verilən uşaq ölüb. AzEuroNews.com xəbər verir ki, hadisə Almaniyanın Plettenberq şəhərində qeydə alınıb. Belə ki, anasından alınan 1 yaşındakı alman uşaq “qoruyucu ailə” verildikdən sonra qəfil halı pisləşib.

Uşaq Lüdenşayddakı xəstəxanaya aparılıb. Lakinin onun vəziyyəti pis olduğundan helikopter vasitəsi ilə Essen şəhərindəki uşaq klinikasına çatdırılıb.

Həmçinin oxu : “Jugendamt” nədir və hansı hallarda uşaqları ailədən ala bilər?
Həmçinin oxu : “Jugendamt” nədir və hansı hallarda uşaqları ailədən ala bilər?

Həkimlərin müdaxiləsinə baxmayaraq uşağın həyatını xilas etmək mümkün olmayıb.

İddialara görə, uşağın ölümünə səbəb verildiyi “qoruyucu ailə”də fiziki xəsarətlər alması olub. Polisinin araşdırması zamanı 29 yaşlı Sven S. şübhəli şəxs qismində saxlanılıb.