Foto © Brigitte Werner/ pixabay.com
Foto © Brigitte Werner/ pixabay.com

Fərhad Çağtürk / AzEuroNews.com / Köln  Almaniyada hakimiyyətdə olan partiyalar əməkçi miqrantlara ehtiyac olmasına dair mübahisələrlə bağlı qərar verə bilib. Bu barədə AzEuroNews.com-a Almaniyada fəaliyət göstərən “Leqat” inteqrasiya mərkəzindən məlumat daxil olub. Məlumatda deyilir ki, Sosial Demokratlar uzun müddətdir ki, mütəxəssis çatışmazlığının alman iqtisadiyyatında böhran yaradacağını iddia edirdilər. İşəgötürənləri birləşdirən bir çox təşkilatlar da eyni mövqe sərgiləyirlər. Sonunda uzun müzakirələrdən sonra bu məsələ ilə əlaqədar razılığa gəlindi. Nazirlər Kabineti bu sahəni tənzimləyən qanun paketini təsdiqlədi, indi Bundestaqın səs verməsi gözlənilir.
Yeni qaydaların əsas mahiyyəti Almaniyadakı qeyri-Avropa Birliyi ölkələrindən olan olan immiqrantların vəziyyətini yaxşılaşdırılması ilə bağlıdır. Yeni qanunlar əsasən mütəxəssis çatışmazlığının aradan qaldırılmasına yönəlib. Mütəxəssis dedikdə, Almaniyada peşə ixtisasına dair sertifikatın tanınması kifayətdir. Başqa bir əsas dəyişiklik şəxsin ölkəyə daxil olmasının sadələşdirilməsi ilə bağlıdır. Dəyişikliyə görə, əməkçi miqrantlar bir alman şirkəti ilə müqavilə imzalamadan iş axtarmaq üçün Federal Respublikaya daxil ola biləcəklər. Almaniyaya viza almağın əsas şərtlərinə gəlincə isə, bunun üçün şəxsin Almaniyada ehtiyac olunan sahəyə dair ixtisasın mövcud olması ( məsələn tanınmış bir diplomun olması) kifayət edir. İş axtarmaq üçün ölkəyə gələnlərin qalma müddəti 6 ay müəyyən edilib. Bu müddət ərzində qonaq sosial yardım üçün qəbul olunmayacaq.
Buna paralel olaraq edilən dəyişikliyə görə ali və ya peşə təhsili təsdiq edən xarici diplomların və digər sənədlərin tanınması ilə bağlı tədbirlərin sadələşdirilməsi nəzərdə tutulur.

Bütün bu dəyişikliklər “İxtisaslı kadrların cəlb edilməsi haqqında” (Fachkräfteeinwanderungsgesetz) qanununda əks edilib. Başqa bir əhəmiyyətli və bizim həmvətənlərimiz üçün vacib olan yenilik – “İş axtarışı üçün ölkədə qalması haqqında Qanun”a (Beschäftigungsduldungsgesetz) edilən dəyişikliklərlə bağlıdır. Bu daha çox Almaniyada qaçqın statusunun tanınmasından imtina alan miqrantlar üçün əhəmiyyətlidir. Qanun rədd cavabı alan və Möhlət hüququ (Duldung) ilə yaşayanlara ölkədə qalmağa şərait yaradır. Belə şəxslərdən həftədə 35 saatdan az işləməmək, son 1,5 ili işləmək, sosial yardımla dolanmamaq əsas şərtdir. Tanınmayan qaçqınların vəziyyəti xaricdən daha dəqiq və daha yaxşı qorunub saxlanacaq – bu, Beschäftigungsduldung (işdən kənar qalmaq üçün məhdud icazə) adlanır. Möhlət hüququ (Duldung) ilə yaşayanlara yeni status –Beschäftigungsduldung (gəlməsinə işləməklə əlaqədar icazə verilən ) veriləcək.
Hər iki qanunvericilik aktının ilin sonuna, ən pis halda 1 yanvar 2020-ci ilin yanvar ayının 1-də qüvvəyə minəcəyi gözlənilir.
Daxili İşlər Naziri Horst Zeehofer hesab edir ki, bu qanunun qəbul olunması qanunsuz miqrantların sayının azalmasına kömək edəcək. Əmək naziri Hubertus Heil isə hesab edir ki, yeni qanunlar ölkənin ehtiyacı olduğu mütəxəsislərin və işçilərin ölkədən çıxarılmamağına imkan verəcək.