Siqaret çəkmək vərdişini tərgitmək üçün əvvəlcə bunuürəkdən istəmək, sonra isə hərəkətə keçmək lazımdır. Ürəkdən istəyirsinizsə, deməli iradənizi toplamısınız və hərəkətə keçmək zamanıdır.

“AzEuroNews.com” Medicina.az-a istinadən həkim məsləhəti olmadan, öz gücünə, ev şəraitində siqareti tərgitmək istəyənlər üçün effektiv resept təqdim edir

Bu qarışım siqaretə olan tələbatınızı azaldacaq, siqareti atmağınıza kömək edəcək.

Lazım olanlar:

1 stəkan limon suyu

200 ml çobanyastığı çayı

1 stəkan qreyfrut suyu

30 ml hind qozu yağı

30 ml jajoba yağı

30 ml zeytun yağı

5 qram təzə kəklikotu

Təzə kəklikotu istisna olmaqla bütün ərzaqları bircinsli kütlə alınana kimi qarışdırın. Qarışım hazır olduqdan sonra təzə kəklikotunu da əlavə edib, bir daha qarışdırın. Siqaret istədiyiniz anda bu içkidən 1 stəkan için. İçmək istəmirsinizsə, burnunuzun alt tərəfinə, dodağınızın üstünə barmağınızla çəkin.

21 gün ərzində bu üsuldan istifadə edin. Bu üsuldan istifadə edənlər təsirini 21 gün ərzində gördüklərini bildirirlər.

Zəruri qeyd: hər hansı xəstəliyiniz varsa, adıçəkilən ərzaqlardan hər hansını yedikdə, yaxud içdikdə allergiyaya səbəb olursa, o zaman qarışımı həkiminizlə məsləhətləşmədən içməyin. Sadəcə olaraq burun altına çəkməklə kifayətlənin.