Fərhad Çağtürk / AzEuroNews.com / Köln  Almaniyanın 16 əyalətində fəaliyyət göstərən əyalət parlamentlərində təmsil olunan deputatların maaşı olduqca yüksəkdir. AzEuroNews.com xəbər verir ki, ancaq deputat maaşları əyalətlərə görə dəyişir. Məsələn, Almaniyada ən yüksək maaşı Şimali Reyn Vestfaliya (NRW) əyalətinin deputatları alırlar. Ən çox əhalisi olan Almaniyanın bu əyalətində deputat maaşı 8 min 981 avrodur. Ən az maaş alanlar isə, Hamburq əyalət parlamentinin deputatlarıdır. Onların maaşı 2833 avro təşkil edir. Hazırda əyalət parlamentində deputat maaşlarının 30 % artırılması ilə bağlı müzakirələr gedir. Hamburq parlamenti deputat maaşlarını Berlindəki həmkarlarının aylıq məvaciblərinə çatdırmaq istəyir. Berlin əyalət parlamentinin deputatları isə, ayda 3 840 avro maaş alırlar.

Əyalətlərə görə deputat maaşları aşağıdakı kimidir:

Şimali Reyn Vestvaliya : 8.981 Avro

Şlezviq-Holşteyn: 8.425 Avro

Bradenburq: 8.388 Avro

Bavariya : 8.183 Avro

Hessen: 7.975 Avro

Baden Vürttemberq: 7.963 Avro

Aşağı Saksoniya: 6.973 Avro

Raynland Pfalz: 6.736 Avro

Saksoniya Anhalt: 6.605 Avro

Meklenburq-Ön Pomeraniya: 5.967 Avro

Saksoniya: 5.804 Avro

Saarland: 5.759 Avro

Türingiya: 5.623 Avro

Bremen: 5.087 Avro

Berlin: 3.840 Avro

Hamburq: 2.833 Avro