Türkiyənin məşhur modeli Özge Ulusoyun çiyni çıxıb. “Qafqazinfo” xəbər verir ki, hadisə modelin qarda xizək sürdüyü zaman baş verib. 

Özge dərhal xəstəxanaya aparılıb və ona ilkin müdaxilə olunub.  “Anidən bir hərəkət oldu. İndi hər şey qaydasındadır. Bir az istirahət etməli olacam. Qar və buza diqqət edin”- deyə Ulusoy bildirib.