Rusiya Prezidenti Vladimir Putin və Almaniyanın kansleri Angela Merkel telefon danışığı aparıb. Trend-in məlumatına görə, liderlər Suriyadakı vəziyyəti, həmçinin Konstitusiya Komitəsinin yaranmasını müzakirə ediblər.

Bildirilir ki, 27 oktyabr 2018-ci il, İstanbulda əldə olunan razılıqlar əsasında Konstitusiya Komitəsinin yaranması müzakirə edilib.

Qeyd edilir ki, Putin və Merkel Suriyada siyasi prosesin təşviq olunması üçün BMT ilə birlikdə səylərin artırılmasına əminlik ifadə ediblər.