Fərhad Çağtürk / AzEuroNews.com  Sosial yardım alan və dövlət idarəsinə lüks avtomobillərlə gedənlər polis əməkdaşları tərəfindən saxlanılıb. AzEuroNews.com xəbər verir ki, hadisə Almaniyanın Frankfurt şəhərində qeydə alınıb. Belə ki, şəhərdəki İş Mərkəzi (Job Center) qarşısında reyd keçirən polis əməkdaşları mərkəzə “Porşe Panamera”, “Meredes E220”, “Mercedes E180”, “BMW X5” kimi son model avtomobillərlə gələnlərin dövlətdən “Hartz IV” adlı  sosial yardım aldıqlarını müəyyən edib.

Frankfurt polisindən verilən məlumata görə,  həmin şəxslər barəsində araşdırma aparılır. Onların bu lüks avtomobilləri necə əldə etdikləri, başqa gəlirlərinin olub-olmadığını müəyyən edilməlidir.