Foto © pixabay.com
 Foto © pixabay.com

Fərhad Çağtürk / AzEuroNews.com   Almaniyanın Federal Səhiyyə naziri xəstə baxıcıları üçün 1 milyard avroluq bir dövlət proqramının hazırladığını anons edib. AzEuroNews.com xəbər verir ki, nazir Jens Spah jurnalistlərə açıqlamasında bildirib ki, proqramın icrası baş tutsa 13 min xəstə baxıcısına ehtiyac duyulacaq.

Jens Spah
Jens Spah

Nazir vurğulayıb ki, xəstə baxıcısına olan ehtiyacı Almaniya tək başına qarşılaya bilməz. Bunun üçün ölkəyə xaricdən əcnəbilər gətirilməli, onlar xüsusi kurslar vasitəsi ilə bu işə hazırlanmalıdır. Onun sözlərinə görə, Almaniya hökuməti bu peşələri cazibədar bir hala gətirmək üçün müxtəlif dəstək proqramları hazırlayacaq.

Federal İş Agentliyinə görə, Almaniyada bir çox sahədə işçiyə ehtiyac var. Ən çox isə, yaşlı və xəsətələrə baxmaq üçün işçilərə ehtiyac duyulur. Hazırda bütün Almaniyada 40 min belə işçiyə ehtiyac var.