Fərhad Çağtürk / AzEuroNews.com  Almaniyada narkotik alveri, oğurluq və hücum kimi müxəlif cinayətlərə adı qarışan Əfqanıstan vətəndaşı Frankfurta qaytarılıb. AzEuroNews.com xəbər verir ki, Almniyadan deportasiya edilən Mortaza adlı əfqan Kabil Hava Limanında qəbul edilməyib. O, yenidən Frankfurta qaytarılıb.

Hessen Federal Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Əfqanıstanın hüquq-mühafizə orqanları Mortazanı niyə qəbul etmədikləri ilə bağlı hələ ki, bir açıqlama verməyiblər.

Nazirliyin məlumatında deyilir ki,  2013-cü ildə ölkəyə qanunsuz yollarla gələn Mortaza təkcə 2013-2016-ci illərdə 23 cinayət hadisəsi törədib.