Ötən ilin dekabr ayının ortalarında Çinlə Rusiya arasında ticarət dövriyyəsi 100 milyard ABŞ dollarını ötüb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Çinin Ticarət Nazirliyinin sözçüsü Qao Fenq bildirib.

O, bunun rekord göstərici olduğunu qeyd edib.

Çin Gömrük İdarəsinin məlumatına görə, ötən ilin 11 ayı ərzində iki ölkə arasında əmtəə mübadiləsi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 27,8 faiz artaraq 97,23 milyard dollar təşkil edib. Çinin Rusiyaya ixracatı 12 faiz artaraq 43,45 milyard dollara, bu ölkədən idxalatı isə 44,3 faiz artaraq 53,78 milyard dollara çatıb.