Fərhad Çağtürk / AzEuroNews.com Almaniyaya gedib bir müddət yaşadıqdan sonra Türkiyəyə qayıdanların sayı məlum olub.  AzEuroNews.com xəbər verir ki, Prof. Dr. Faruk Şen məsələ ilə bağlı şərh verərkən bildirib ki, Almaniyada bir müdət yaşadıqdan sonra geri dönən türklərin sayı 3,7 milyondur. Almaniyadan Türkiyəyə ən çox geri dönüş 2006-2012-ci illərdə baş verib. 253 min türk peşə sahibi olaraq Almaniyadan Türkiyəyə qayıdıb.

Ancaq hazırda Almaniyaya qayıtmaq istəyənlərin sayı da çoxdur. Xüsusilə, vaxtı ilə Almaniyada anadan olanlar geri qayıtmaq istəyirlər.

Məlumat üçün bildirək ki, Almaniyadan Türkiyəyə ilk dönüş 1967-ci ildəki iqtisadi böhran zamanı olub. Daha sonra 1973-1974-cü illərdə petrol böhranı zamanı, 1981-1983 -cü illərdə isə, könüllü qayıdış proqramlarından yararlananalar geri qayıdıblar.