Simvol foto © Deutsche Bahn AG
Simvol foto © Deutsche Bahn AG

Fərhad Çağtürk / AzEuroNews.com    Almaniyada sürətli qatarın (İCE) maşinisti sərxoş halda yaxalanıb. AzEuroNews.com xəbər verir ki, Almaniya Dəmir Yollarından (Deutsche Bahn) verilən məlumata görə, 933 nömrəli Hamburq-Leypsiq reysini həyata keçirən sürətli qatar Vittenberq stansiyasında dayanmayıb. Platformada gözləyən sərnişinlər dərhal Alman Dəmir Yollarının Məlumat Mərkəzinə şikayət ediblər. Polislər maşinisti Bitterfeld stansiyasında saxlayaraq içki testi ediblər. Yoxlama zamanı maşinistin sərxoşluq dərəcəsi 2,5 promil  olaraq qeydə alınıb.

Nəticədə maşinsit polis əməkdaşları tərəfindən qatardan endirilib, onun sürücülük vəsiqəsi müsadirə edilib. Qatar yoluna başqa bir maşinistlə davam edib.

hadisə nəticəsində sərnişinlər mənzil başına 65 dəqiqə gecikmə ilə çatıblar.