Fərhad Çağtürk / AzEuroNews.com / Köln  Almaniyanın üç ən böyük hava limanı işçilərinin tətil etməsinə görə 600 təyyarə reysi ləğv edilib. AzEuroNews.com xəbər verir ki, ötən gün Almaniyanın Ştutqart, Düsseldorf və Köln/Bonn hava limanının işçiləri tətilə başlayıblar. Nəticə gözləniləndən pis olub. Belə ki,  Almaniyanın ən böyük həmkarlar təşkilatı olan Birləşmiş Xidmət İşlərinin (ver.di) 430 üzvü çalışdıqları hava limanlarında maaş artımı tələbi ilə işi buraxıblar.

Nəticədə üç böyük hava limanında ümumilikdə 600 təyyarə reysi ləğv edilib. Ləğv edilən uçuşların 142-si Köln/Bonn hava limanına aid olub.

Həmkarlar təşkilatının yaydığı məlumatda deyilir ki, hava limanı işçiləri maaşlarının 20 avro artırılmasını tələb edir. Hava limanları isə, yalnız 6,4 % maaş artımı edə biləcəklərini deyirlər. İşverənlərlə həmkarlar təşkilatı arasında müzakirənin yanvarın 23-də davam edəcəyi gözlənilir.