Fərhad Çağtürk / AzEuroNews.com  Kanada bu il qəbul edəcəyi qaçqın və miqrantlarla bağlı bəzi məlumatları açıqlayıb. AzEuroNews.com xəbər verir ki, Kanada yeni miqrant siyasəti ilə bağlı 2019-2021-ci illər arasında 1 milyon qaçqın və miqrantı qəbul etməyi planlaşdırır.

Kanada hökuməti rəsmən bəyan edib ki, ölkə iqtisadiyyatının hazırkı dinamik inkişafını stabil saxlamaq üçün yeni qaçqın və miqrantların qəbulu olduqca vacibdir. Hökumət bu yolla eyni zamanda artan yaşlı işçilərin yerini gənclərlə doldurmağı planlaşdırır.

Kanada Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə hər doğan 5 uşaqdan biri əcnəbi kökənlidir. Ümumilikdə isə, 1990-cı ildən bu yana ölkədə 6 milyon əcnəbi doğulub.

Kanadanın miqrasiya naziri, əslən Somalidən olan Ahmed Hussen açıqlamasında bildirib ki,  indiyə kimi miqrant və onların uşaqları Kanadanın inkişafına çox böyük dəstək veriblər. Nazir vurğulayıb ki, dövlətin bundan sonrak siyasəti də onların özlərini Kanadanın bir parçası kimi hiss etmələrinə çalışmaları olacaq.