Fərhad Çağtürk / AzEuroNews.com Almaniya Jurnalistlər Dərnəyinin başqanı (DJV) Frank Überall federal dövlətin media səlahiyyətlilərindən “Russia Today” (RT) telekanalının Almaniyada yayımlanan “RT Deutsch” saytının lisenziyasının ləğv edilməsini tələb edib.

Frank Überall
Frank Überall

Dərnək başqanı bildirib ki, “Russia Today” (RT) bu gün doğru informasiyanı çatdırmaqdan çox Kremlin propaqandası ilə məşğuldur: “Siyasətləri isə dezinformasiya yaymaqdır. RT keçmişdə də dəfələrlə özündən olmamış hekayə və olaylar uydurub. Hadisələri təhrif edərək, jurnalist etikasına zidd təktərəfli yayıma üstünlük veriblər”.

DJV başqanı vurğulayıb ki, propaqanda ilə məşğul olan bir media quruluşuna Almnaiyada lisenziya verilməməlidir.