Fətullah Gülən
Fətullah Gülən

Fərhad Çağtürk / AzEuroNews.com Almaniyadan sığınacaq istəyən Türkiyə vətəndaşları ilə bağlı nəticə açıqlanıb. AzEuroNews.com xəbər verir ki,  Türkiyədə 2016-ci ildə baş verən hərbi çevrilişə cəhddə ittiham olunan şəxslərin Almaniyaya gələrək bu ölkədən çığınacaq istəməsi faktı son iki ildə artıb.

Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarədən (BAMF) verilən məlumata görə, həmin şəxslərdən hər ikisindən birinin sığınacaq istəyi qəbul edilib.

Almaniyanın sığınacaq verdiyi şəxslərin çoxu isə, hazırda Amerika Birləşmiş Ştatlarında yaşayan və “Xidmət hərəkatı”nın lideri kimi tanınan Fətullah Gülənin tərəfdarlarıdır.

Onların arasında Türkiyədə 2016-ci ildə baş vermiş hərbi çevrilişə cəhddən sonra həbs edilib daha sonra sərbəst buraxılanlar, işini itirənlər, müxtəlif təzyiqlərə məruz qalaraq yaşadığı yeri dəyişmək məcburiyyətində qalanlar var.

Almaniyanın Sol Partiyasından olan deputat Sevim Dağdelenə görə isə, Türkiyə hələ də təhlükəli ölkə statusunu saxlayır. O, federal hökumətin bir yandan Ərdoğan rejiminə silah satmasını, digər yandan rejimdən qaçan şəxslərə sığınacaq verməsini kəskin tənqid edib.

BAMF-dan verilən açıqlamaya görə, 2013-2015-ci illərdə Almaniyadan sığınacaq istəyən Türkiyə vətəndaşlarının sayı 1800, 2016-ci ildə 5742, 2017-də 8483 və nəhayət 2018-ci ilin ilk 11 ayında 1075 nəfər olub.