Simvol Foto © Fərahim İlqaroğlu/ AzEuroNews.com
Simvol Foto © Fərahim İlqaroğlu/ AzEuroNews.com

Fərhad Çağtürk / AzEuroNews.com / Köln   Almaniyanın Boxum, Duisburq, Reklinqhauzen, Dortmund və Gelzenkirxen şəhərlərində fəaliyyət göstərən qəlyanxanalara polis basqın edib. AzEuroNews.com xəbər verir ki, 300 polis əməkdaşının iştirak etdiyi basqın zamanı bəzi qəlyanxanalar möhürlənib. Onların arasında Türkiyə vətəndaşlarına məxsus qəlyanxanalar da olub.

Hadisə ilə bağlı açıqlama verən Şimali Reyn Vestfalya əyalətinin daxili işlər naziri Herbert Reul əməliyyatı yaxından izlədiyini deyərək bildirib ki, polis basqınları əyalətdəki cinayətkarlar və qanunlara hörmət etməyənlərə qarşı “sıfır tolerant” siyasətinin bir hissəsidir.

Məlumat üçün qeyd edək ki, polis basqınları zamanı qəlyanxanalarda narkotik ticarəti, vergidən yayınma kimi cinayətlərlə bağlı araşdırma aparılır.