Fərhad Çağtürk / AzEuroNews.com / Köln  6 min alman həkim işləmək üçün İsveçrəyə köçüb. AzEuroNews.com xəbər verir ki, bu barədə İsveçin  ” Neue Zürcher Zeitung “ qəzeti məlumat yayıb. Məlumatda deyilir ki,  2017-ci ildə hazırlanan bir hesabata görə, ölkədə fəaliyyət göstərən həkimlərin 17,7 %-i almandır.

Almaniyanın səhiyyə naziri Jens Spah isə, xaricə, xüsusilə İsveçrəyə köçmüş həkimləri Almaniyaya qaytarmaq üçün xüsusi təşviq proqramının hazırladığı anonsunu verib.

O bildirib ki,  daha yaxşı maaş, daha yaxşı iş şəraiti və yüksək yaşayış standartları təklif etməklə onlar peşəkar alman həkimləri yenidən Almaniya səhiyyəsinə qazandıra bilərlər.

Almaniya Təbiblər Birliyinin məlumatına görə, alman həkimlər ən çox 2017-ci ildə işləmək üçün ölkədən gedib.

Həkimlər üçün ən populiyar ölkələr isə, İsveçrə, Avstriya və Amerika Birləşmiş Ştatlarıdır (ABŞ).

Məlumata görə, İsveçrədə 641, Avstriyada 268, ABŞ-da isə, 84 alman həkim işləyir.