Burun spreylərinin dozadan artıq qəbulu təhlükəlidir.

“Ölkə.Az” Sputnik-ə istinadən xəbər verir ki, türkiyəli mütəxəssislər burun spreylərinin istifadə qaydaları haqda danışıb.

bu spreylər ikiyerə bölünür. Mütəxəssislər bildirir ki, spreylərin bir qismi qısa müddətli, digər qismi isə uzun müddətli istifadə üçün nəzərdə tutulub. Qısa müddətli istifadə üçün nəzərdə tutulan spreylərin uzun müddət istifadəsi insan səhhəti üçün zərərlidir. Belə ki, əldə olunan nəticələrdən bəlli olub ki, bu spreylər uzun müddət istifadə olunduqda onların tərkibində müəyyən dəyişiklik yaranıb.

“Həkimlərin yazdığı dozadan artıq bu spreylərin qəbulu məsləhət görülmür. Çünki bu zaman həm asılılıq yaranır, həm spreyin təsiri azalır” – deyə mütəxəssislər bildirib.