Müğənni Səmra Rəhimli son günlər müzakirələrə səbəb olan “Diva” söhbətinə münasibət bildirib.

Axşam.az-ın məlumatına görə, müğənni Samir Bağırovun Səmranın ünvanına yazdığı “Diva! Hazır ol əzizim, bu titul sənin olacaq” sözləri qalmaqal yaratmışdı.

İfaçı İnstaqramda ona bununla bağlı ünvanlanan suala “story”də cavab verib:

“Mən “diva” olmaq istəmirəm. Pərəstişkarlarım mənə “Queen Samra” ( Kraliça Səmra) deyir. Mən elə “queen” qalmaq istəyirəm”.

Qeyd edək ki, S.Bağırov Səmranı “Diva” adlandırdığı üçün tənqid edilmişdi. Onun dostu olan və “Diva” tituluna sahib olan Xalq artisti Aygün Kazımova ilə küsülü olduğu, ona acıq belə bir addım atdığı bildirilmişdi.