Sumqayıt şəhərinin girəcəyindən Hacı Zeynalabdin Tağıyev qəsəbəsinə gedən yolun üzərindən keçən dəmir yolu xətlərinin yenilənməsi və təmiri ilə bağlı sabah sözügedən yolla hərəkət 1 günlük məhdudlaşdırılacaq”.

Bu barədə “Report”a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.

Sürücülər alternativ olaraq Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun Sumqayıt dairəvi hissəsindən istifadə edə bilərlər.