İspaniyanın “Real Madrid” klubunun sabiq prezidenti Ramon Kalderon baş məşqçi Zinəddin Zidanın komandadan gedişinin səbəbini açıqlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Ramon Kalderon deyib: “Zidan “kral” klubu ilə 2017-2018-ci il mövsümündə UEFA Çempionlar Liqasının qalibi olduqdan sonra öz şəxsi istəyi ilə komandadan ayrılıb. Buna səbəb hazırkı prezident Florentino Peresdir. Fransalı mütəxəssis Kriştianu Ronaldunun klubda qalmağını, Qaret Beyli isə satmağı istəyib. Amma Peres bunun əksini edib. Zidan klubun transfer məsələlərinə özü qərar vermək istəyirdi, təəssüf ki, orda hər bir məsələyə prezident qərar verir. Düşünürəm ki, Zidanın komandadan gedişi düz addımdır”.