Simvol foto / © Fərahim İlqaroğlu / AzEuroNews.com
Simvol foto / © Fərahim İlqaroğlu / AzEuroNews.com

Fərhad Çağtürk / AzEuroNews.com / Köln   Almaniya vətəndaşlığına keçən azərbaycanlıların sayı məlum olub. AzEuroNews.com xəbər verir ki, son altı ildə 1595 azərbaycanlı Azərbaycan Respublikası vətəndaşlığından imtina edərək Almaniya vətəndaşlığını qəbul edib. İllərə görə, Almaniya vətəndaşlığını qəbul edənlərin sayı aşağıdakı kimidir:

2010-cu ildə Almaniyada 14 821 azərbaycanlı yaşayırdısa, 2017-ci ildə bu rəqəm 25 325 nəfər olub.

Almaniyada yaşayan azərbaycanlıların sayının bu qədər artmasının başlıca səbəbi həmvətənlərimizin bu ökəyə kütləvi şəkildə mühacirət etməsidir.

2017-ci ildə 3030 Azərbaycan vətəndaşı Almaniyadan sığınacaq istəyib. Sığınacaq ərizəsinə baxılan həmvətənlərimizdən 4178 nəfər rədd, 595 nəfər isə müsbət cavab alaraq müvafiq olaraq 1 il və 3 il olmaqla Almaniyada yaşamaq icazəsi alıblar.

Həmin il 422 Azərbaycan vətəndaşı Almaniyadan deportasiya edilib. Onlardan 163 nəfəri birbaşa Azərbaycana, digərləri isə başqa ölkələrə (əsasən Dublin sazişinə görə) göndəriliblər.

2018-ci ildə 2188 Azərbaycan vətəndaş Almaniyadan sığınacaq istəyib. Onlardan yalnız 207 nəfərə qaçqın statusu verilib.

Ümumiyyətlə ən yüksək göstərici 2016-ci ildə qeydə alınıb. Həmin il 5734 nəfər azərbaycanlı Almaniyadan sığınacaq istəyib.