“Arsenal” futbol klubunun türk əsilli futbolçusu Məsut Özil uzun müddət birlikdə olduğu Əminə Gülşə ilə nişanlanıb.

“Ölkə.Az” xəbər verir ki, futbolçu bu barədə sosial şəbəkədə məlumat verib.

Türk əsilli almaniyalı futbolçu Məsut Özil türk əsilli isveçli model Əminə Gülşə ilə evlənmək yolunda ilk addımını atıb. Cütlük nişan fotosunu sosial şəbəkədə “Allahın izni ilə əbədiyyətə qədər” başlığı ilə paylaşıb. İzləyiciləri isə cütlüyü təbrik ediblər.