Dünyanın ən rahat şəhərlərinin reytinqi hazırlanıb.

Oxu.Az xəbər verir ki, “Numbeo” xidmətinin ekspertlərinin tərtib etdiyi reytinq cədvəlində Bakı şəhəri 197-ci yerdə göstərilib.

Cədvələ görə, Bakı şəhərində həyat keyfiyyəti indeksi 99.58, əhalinin alıcılıq qabiliyyəti indeksi 31.58 , təhlükəsizlik indeksi 70.56, səhiyyə indeksi 36.87, yaşayış xərcləri indeksi 29.69 vahid təşkil edib.

Dünyanın ən komfortlu şəhəri Avstraliyanın Kanberra şəhəri göstərilib. İlk beşlikdə müvafiq ardıcıllıqla Eyndhoven (Niderland), Raleyq (ABŞ), Adelaid (Avstraliya) və Sürix (İsveçrə) yer alır.

226 şəhərdən ibarət reytinqdə ən sonuncu yerlərdə Manila, Pekin, Dəkkə, Laqos və Karakas şəhərləri göstərilib.