Türkiyə Hərbi Qüvvələri tərəfindən PKK terrorçularına qarşı aparılan əməliyyatlar çərçivəsində Diyarbəkirdə xüsusi təhlükəli terrorçu məhv edilib.

Trend-in məlumatına görə, Şiyar Dəniz adlı terrorçu Türkiyənin hərbi hissələrinə hücumlarda iştirak edib.

Məlumata görə, əməliyyat çərçivəsində daha 2 PKK terrorçusu da məhv edilib.