Hər bir insan kimi dünya dövlətlərinin də liderləri məzuniyyətə çıxır, istirahət edir.

“Ölkə.Az” xəbər verir ki, bəziləri göl kənarında, bəziləri qolf oynayaraq, bəziləri də dəniz kənarında istirahəti xoşlayır. Dünya liderlərinin necə və harada istirahət etdiyinə dair fotoları oxucularımızın ixtiyarına veririk.


Britaniyanın baş naziri Tereza Mey İsveçrənin Alp dağlarında istirahət edir.


ABŞ-ın keçmiş prezidenti Barak Obama Virciniya adalarında su xizəyi sürür.


Fransa prezidenti Emmanuel Makron və xanımı Bricit Makron Yuxarı Pireneylərdə.


ABŞ prezidenti Donald Tramp Massaçusets ştatı, Boston şəhərində qolf oynayır.


Almaniya kansleri Angela Merkel və əri İoahim Zauer Cənubi Tirolda.


NATO-nun baş katibi Yens Stoltenberq kempinqdə.


Rusiya prezidenti Vladimir Putin Tıva respublikasındakı dağ gölündə balıq tutur.


Bill və Hillari Klinton Virciniya adalarındakı çimərlikdə istirahət edir. 1998-ci il.


Böyük Britaniyanın keçmiş baş naziri Devid Kemeron və xanımı Samanta Portuqaliyada istirahət edir.


Böyük Britaniyanın keçmiş xarici işlər naziri Boris Conson ailəsi ilə Xorvatiyada istirahət edir.


Kanadanın baş naziri Castin Trüdo Qalf adalarındakı çayda qayıqla gəzir.