Fərhad Çağtürk / AzEuroNews.com / Köln  Almaniya sığınacaq üçün müraciət edənlərdən könüll şəkildə öz ölkələrinə qayıdanların sayı azalıb.  Bu barədə  AzEuroNews.com-a Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzindən məlumat verilib.

Məlumatda qeyd olunur ki, Almaniyanı könüllü tərk edən insanların sayı son üç ildə əhəmiyyətli dərəcədə azalıb.

Belə ki, 2018-ci ilin yanvar-noyabr aylarında 15,089 nəfər könüllü qayıdış proqramından istifadə etməklə ölkəsinə qayıdıb. Bu barədə məlumat “Rheinische Post” nəşrinə Miqrasiya və Qaçqınlar üzrə Federal İdarə (BAMF) tərəfindən verilib. 

2016-ci ildə könüllü qayıdanların sayı 54,006, 2017-ci ildə isə 29.522 nəfər olub. 

Məlumat üçün bildirək ki, bu rəqəmlər yalnız federal hakimiyyət orqanlarının təklif etdiyi geri qayıdış proqramlarından faydalanaraq qayıdanlar haqqında rəqəmləri əks etdirir.