Amerikalı bioloqlar təsadüfən Altsheymer xəstəliyinin dərmanını kəşf ediblər.

“Ölkə.Az” xəbər verir ki, kəşf insultun nəticələrinə qarşı mübarizə aparan yeni preparatın təcrübəsi zamanı ortaya çıxıb. Siçanlar üzərində aparılan təcrübə “JEM” jurnalında dərc edilib.

Los-Ancelesdəki Cənubi Kaliforniya universitetinin alimi Borislav Zlokoviç məsələ ilə bağlı deyib:

“Bu preparat neyronları müdafiə edir və iltihab əleyhinə xüsusiyyətlərə malikdir. Bu isə bizi inandırdı ki, Altsheymer xəstəliyindən əziyyət çəkən siçanın beyninə təsir edə bilər. Təcrübə zamanı məlum oldu ki, xəstəliyin ilkin mərhələsində bu preparatdan istifadə beta-amiloidin məhvinə kömək edir”.