Böyük Britaniyanın Avropa İttifaqından çıxmasının şərtlərinə dair saziş layihəsi dəyişdirilə bilməz.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının sözçüsü Marqaritis Sçinas bildirib.

O, hal hazırda başqa heç bir şey edə bilməyəcəklərini qeyd edib: “Böyük Britaniyanın sonrakı addımları haqqında xəbər gözləyirik”.

Qeyd edək ki, ötən gün Böyük Britaniya Parlamenti “Brexit” haqqında sazişin Baş nazir Tereza Mey tərəfindən təqdim edilən layihəsini rədd edib.