Araşdırmalara görə, ət yeyən insanlarla müqayisədə vegetarianlar daha tez arıqlayırlar. Gündəlik pəhriz saxlayan insanlar da təsdiqləyirlər ki, ət məhsullarını qida rasionundan çıxartmaqla artıq çəki ilə rahat mübarizə apara bilirlər. Vegetarianlar ət məhsullarına üstünlük verənlərdən daha az kalori qəbul edirlər. Pəhrizin ilk 1 ayında vegetarianlar 4 kq, gündəlik ət yeyən insanlar isə 2 kq arıqlaya bilirlər. Əgər siz çəkinizi azaltmaqda qəti qərar qəbul etmisinizsə, o zaman gərək pəhrizdə olduğunuz müddətdə qızardılmış ət məhsullarından və yüksək kalorili çərəzlərdən (qoz, fındıq və s.) uzaq olasınız.

Elm də sübut edir ki, ət yeməyən insanlar daha sağlam həyat tərzi sürürlər. Həkimlər də hesab edirlər ki, vegetarianlar olduqca sağlam qida rasionu ilə seçilirlər. Vegetarianlar arasında ürək-damar sistemi xəstəliklərinə 30, xərçəng xəstəliyinə isə 40% daha az təsadüf olunur. Hətta hipertoniya da bu qidalanma sistemini seçənlər üçün problem deyil.

Araşdırmaçılar da bildirirlər ki, gündəlik idmanla məşğul olan vegetarianlar gündəlik idmanla məşğul olan digər insanlardan daha tez və sürətli arıqlamağı bacarırlar.

Alim Li Smiz: “bütün tədqiqatlar göstərir ki, vegetarianlar daha sağlam qidalanır və ət məhsullarını qida rasionunuzdan çıxartmaqla və düzgün qidalanma qaydalarına riayət etməklə siz sağlam həyat tərzi sürə bilər və artıq çəkidən rahatlıqla qurtula bilərsiniz”, – deyə bildirir.

Hazırda dünyada vegetarianların ən çoxu Birləşmiş Krallıq və Avstraliyadadır. Belə ki, Birləşmiş Krallıqda əhalinin 12 %-i, Avstraliyada isə 2-%-i vegetariandır. Qeyd edək ki, vegetarianlığın vətəni Hindistan hesab olunur, buna səbəb isə Hindistanda əhalinin yarıdan çoxunun ət yeməməsidir.