Simvol Foto © Fərahim İlqaroğlu/ AzEuroNews.com
Simvol Foto © Fərahim İlqaroğlu/ AzEuroNews.com

Fərhad Çağtürk / AzEuroNews.com / Köln  Almaniyanın Şimali Reyn Vestfaliya əyalətindəki barlarda bir neçə gündür davam edən polis əməliyyatı nəticəsində 14 nəfər saxlanılıb. AzEuroNews.com xəbər verir ki, Essen, Boxum, Duisburq, Reklinqhauzen, Dortmund və Gelzenkirxen şəhərlərində 1300 polisin iştirakı ilə keçirilən əməliyyatlar zamanı 100 nəfər cərimələnib, yüzlərlə kilo tütün, minlərlə avro nəğd pul polis tərəfindən müsadirə edilib.

Essendə keçirilən əməliyyat zamanı “Böyük ailə” adı verilən ərəblərdən ibarət klanların olduğu müəyyən edilib.

Məlumat üçün bildirək ki, bu ailələr üzvlərinin sayını saxta sənədlərlə çox göstərərək dövlətdən işsizlik yardımı alırlar. Almaniya polisi bir neçə ildir ki, həmin ailələrin müəyyən olunması üçün əməliyyatlar aparır.