Türkiyənin Suriyada başlayacağı hərbi əməliyyat bu ölkənin indiyə qədər keçirdiyi ən genişmiqyaslı əməliyyat ola bilər.

AzEuroNews.com Trend-ə istinadən bildirir ki, Suriyada planlaşdırılan əməliyyat üçün 80 minədək hərbçi hazır vəziyyətə gətirilib.

Bundan əvvəl, “Fərat qalxanı” və “Zeytun budağı” əməliyyatlarında müvafiq olaraq 8 minədək və 6,5 min hərbçi iştirak etmişdi.

1974-cü ildə Türkiyənin Şimali Kiprdə keçirdiyi hərbi əməliyyata 40 minədək hərbçi qatılmışdı.

Xatırladaq ki, ötən ay Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın Mənbic şəhərinin terrorçulardan azad olunması üçün əməliyyatın planlaşdırıldığını bildirmişdi.