Davosda bu il yanvarın 23-25-də keçiriləcək növbəti Dünya İqtisadi Forumunda Avropa Komissiyasının 6 üzvü və Avropa ittifaqının “Brexit” barədə baş müzakirəçisi Mişel Barnye də iştirak edəcək.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, Avropa Komissiyasının yaydığı məlumata görə, foruma komissiyanın sədr müavini Yurki Kataynen, iqtisadiyyat və maliyyə komisarı Pyer Moskovisi, ticarət komisarı Sesil Malmström, büdcə komisarı Günter Etinger, tədqiqatlar, elm, inovasiya komisarı Karlos Moedas, qonşuluq siyasəti və genişləndirmə danışıqları komisarı İohanes Xahn qatılacaqlar.