İtaliyanın “Yuventus” futbol klubunun hücumçusu Kriştianu Ronaldu İngiltərənin Çeşir qraflığındakı malikanəsini satıb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, 34 yaşlı hücumçu satışdan 3,25 milyon funt sterlinq əldə edib.

Ronaldu bu evi 2008-ci ildə 3,9 milyon funt sterlinqə alıb. Futbolçu İspaniyaya köçmədən əvvəl bu evdə bir ildən az müddətdə yaşayıb.

Qeyd edək ki, 2009-cu ildə Ronaldu “Mançester Yunayted”dən “Real Madrid”ə, ötən il isə “Yuventus”a transfer olunub.