Britaniyanın baş naziri Tereza Meyetimadsızlıq üzrə səsvermədən sonra bildirib ki, Krallığın siyasi qüvvələri birləşməli və “Brexit” ilə əlaqədar hərəkət variantlarını müzakirə etməlidirlər.

“Report” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Daha əvvəl Tereza Meyin rəhbərlik etdiyi Britaniya hökuməti Leyboristlər Partiyası tərəfindən ona qarşı irəli sürülmüş etimadsızlıq rəyinin öhdəsindən gəlib. Yanvarın 15-də məlum oldu ki, Britaniyanın İcmalar Palatasının üzvləri Brüssel ilə razılaşdırılmış “Brexit” sazişini dəstəkləməyib. Nəticədə Leyboristlər Partiyasının sədri Ceremi Korbin baş verənləri şərh edərək hökumətə qarşı etimadsızlıq rəyi ifadə etməyə təşəbbüs göstərdiyini bildirib.