Səudiyyə Ərəbistanının Ciddə şəhərində “Yuventus” və “Milan” komandaları arasında İtaliya Super Kuboku uğrunda görüş keçirilib.

“Ölkə.Az” xəbər verir ki, gərgin keçən qarşılaşmada yeganə qolu 61-ci dəqiqədə Kriştianu Ronaldu vurub.

“Yuventus” – “Milan” – 1:0

Qol: 1:0 – Ronaldu – 61

“Qoca Sinyora” tarixində 8-ci dəfə İtaliya Super Kubokunu qazanıb. Ronaldu isə yeni komandasında ilk tutula sahib olub.