Eyniadlı sosial şəbəkə sahibi “Facebook” şirkəti xəbər jurnalistikasının inkişafına yönələn layihələrə 300 milyon dollar investisiya qoyacaq.

“Qafqazinfo” “ICTnews”a istinadən xəbər verir ki, şirkətin vitse-prezidenti Kempbell Braun “Facebook”da həqiqətə uyğun olmayan, yalan informasiya və aşağı keyfiyyətli xəbərlərlə mübarizəni davam etdiriləcəyini bildirib.

Onun sözlərinə görə, yaxın üç il ərzində qeyd olunan məbləğ ayrılacaq.

“Şirkətimiz jurnalistika və xəbər təşkilatlarının inkişafına, eləcə də dayanıqlı biznes modellərinin qurulmasına kömək üçün nəzərdə tutulan layihələrdə iştirak etmək niyyətindədir. Bu yaxınlarda ABŞ KİV nümayəndələrinin, sahibkar və sponsorların iştirakı ilə mətbuat konfransı təşkil edərək müasir jurnalistika qarşısında duran çağırışların müzakirəsini planlaşdırırıq”.