Müğənni Sıla ötən gün yeni sevgilisi ilə görüntülənib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, sənətçinin “Masterchef” verilişinin aparıcısı, aşpaz Hazar Amani ilə eşq yaşadığı ortaya çıxıb.

İkili Beşiktaşda tıxacda kameraların hədəfinə tuş gəlib.

Müğənni jurnalistlərin suallarının cavablandırmayıb. Cütlük daha sonra Sılanın Nişantaşındakı evinə yollanıb.

Sərxoş halda olan ifaçıya kömək edən Hazarın barmağında olan üzük isə diqqətlərdən qaçmayıb.