Bakı Nəqliyyat Agentliyində (BNA) yeni təyinat olub. Modern.az-ın məlumatına görə, BNA-nın İctimaiyyətlə əlaqələr sektorunun müdiri vəzifəsinə Rəvanə Əliyeva gətirilib.

Məsələ ilə bağlı Modern.az-a açıqlama verən qurumun mətbuat katibi Mais Ağayev faktı təsdiqləyib.

Qeyd edək ki, Rəvanə Əliyeva daha əvvəl Binəqədi Rayon İcra Hakimiyyətində İctimai-siyasi və humanitar məsələlər şöbəsində çalışıb.