Qonsalo İquaini “Yuventus”dan icarəyə götürən “Çelsi” hücumçusu Alvaro Moratanı göndərib.

Milli.Az xəbər verir ki, ispan hücumçu yenidən La Liqaya qayıdıb. 26 yaşlı futbolçu “Atletiko” ilə anlaşıb. Morata mövsümün sonuna kimi Madrid klubunda icarə əsasında çıxış edəcək.

Qeyd edək ki, Çelsi İspaniya millisinin üzvünü 2017-ci ildə “Real”dan 75 milyon avroya transfer etmişdi.