Dünyaca məşhur müğənni Beyonsun Azərbaycana gələcəyi barədə məlumat yayılıb.  “Qafqazinfo” xəbər verir ki, sosial şəbəkələrdə yayılan afişada 37 yaşlı pop ulduzun adı əks olunub. Qeyd olunub ki, Beyons Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində təşkil olunan konsertdə çıxış edəcək. 

“Qafqazinfo” məsələni dəqiqləşdirmək üçün “Baku Grand Prix” şirkətinin milli mətbuat katibi Nigar Arpadarai ilə əlaqə saxlayıb.

O, Bakıya gələn ulduzların adının hələ müəyyənləşmədiyini qeyd edib: “İndi dəqiq məlumat verə bilməyəcəyik. Çünki ulduzlarla danışıqlarımız gedir, yekun qərar verilməyib.  Beyonsun gəlib-gəlməyəcəyi barədə cavab vermək tezdir. Biz 1 ay sonra Azərbaycana hansı dünya ulduzlarının gələcəyini müəyyənləşdirəcəyik”.