2068-ci ildə Apofis asteroidi Yerlə toqquşa bilər.

Oxu.Az Life.ru-ya istinadən xəbər verir ki, bununla bağlı Peterburq Dövlət Universitetinin fəza mexanikası kafedrasının mütəxəssisləri açıqlama veriblər.

Onlar hesablayıblar ki, 2029-cu ildə asteroid Yerlə Ay arasındakı məsafədən 10 dəfə uzaqlıqda olacaq.

“Bu asteroidin unikal xüsusiyyəti 2029-cu il aprelin 13-də Yerlə 38 min kilometr məsafədə olacağının dəqiq müəyyən olunmasıdır”, – məlumatda bildirilib.

Asteroid qədim Misirdə şər tanrısının şərəfinə adlandırılıb.