Fərhad Çağtürk / AzEuroNews.com  ➤ Növbəti beş il ərzində minumum ingilis dili olan miqrantlar Avstraliyanın Şimal ərazisində yaşaya və üç il işlədikdən sonra daimi yaşamaq üçün müraciət edə biləcəklər. Bu barədə AzEuroNews.com-a Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzindən məlumat daxil olub. Məlumatda deyilir ki, aşbaz peşəsindən başlamış uşaq bağçası müəlliməsi və ya mexanika sahəsinə qədər müxtəlif sahələr üzrə ixtisaslaşmış şəxslərin Avstraliyada daimi yaşayış üçün müraciət etmək imkanları olacaq. Avstraliyanın şimal ərazilərində qısa müddətdə ən az üç il işləməyə və bölgədə yaşamağa hazır olanlara viza ala bilmək üçün imkanı yaradılacaq.

İşçı miqrantların tələb olunduğu siyahıda 117 ixtisas üzrə peşələr yer alıb. Hökümət Sidney və Melburn kimi Avstraliyanın böyük şəhərlərindən regionlara köçü genişləndirmək üçün də yeni bir proqram hazırlayıb.

Xaricdən olan miqrantları qəbul edən əsas iki bölgə kimi – Viktoriya ştatına aid olan Varrnambul şəhəri və ölkənin şimal əyaləti nəzərdə tutulur.

Adi Miqrasiya Konvensiyası (DAMA) kimi tanınan yeni plana əsasən həmin ərazilərdə əmək məhsuldarlığının və əhali sayının artırılması nəzərdə tutulub. Bu məqsədlə Avstraliya Şimal əyalətlərindəki mütəxəssis çatışmazlığını aradan qaldırmaq üçün DAMA II adlanan viza rejiminə də keçib. Artıq 2019-cu il 1 yanvar tarixindən həmin viza reyiminin tətbiqinə başlanıb.